Bank Respublika müştərilərinə vergi sahəsində pulsuz xidmət göstərəcək!


Digərləri 25 Noy 2019 15:15:00 380 0

Bank Respublika müştərilərinə vergi sahəsində pulsuz xidmət göstərəcək!

Sahibkarlıq fəaliyyətilə məşğulsunuz və vergi məsələləri ilə bağlı sullarınıza cavab axtarırsınız? Hesabatların hazırlanmasında çətinlik çəkirsiniz? Əgər Siz "Bank Respublika"nın müştərisinizsə, narahat olmağa dəyməz!

Çünki ölkəmizdə sahibkarlığın inkişafına böyük töhfə verən Bank Respublika yeni qeyri-maliyyə xidməti ilə iş adamlarına dəstək olacaq. Belə ki, bank sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərilərini vergi sahəsində maarifləndirmək məqsədilə PULSUZ  - "Vergi konsultantı" xidmətini təqdim etdi.

Artıq Bankın müştərisi olan sahibkarlar "Bank Respublika"nın 144 - Çağrı Mərkəzinə zəng edərək vergi məsələləri ilə bağlı bütün suallarına cavab tapa biləcək! Bundan başqa, Bankın peşəkar əməkdaşları tərəfindən iş adamlarına vergi hesabatlarının hazırlanmasında da təmənnasız dəstək göstəriləcək.