Bakıda çökən yoldan istifadə edənlərin nəzərinə:


Digərləri 25 Noy 2019 12:56:09 363 0

Bakıda çökən yoldan istifadə edənlərin nəzərinə:

Hazırda Bibiheybət sürüşmə ərazisində aktivlik olduğu üçün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. 

Son.az xəbər verir ki, bunu oxu.az-a Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. 

O bildirib ki, nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün sürücülər alternativ yollara yönləndirilir:

"Xüsusilə bütün yük maşınlarının Bakı-Salyan yolunun 14-cü kilometrliyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb. 

Nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayonu ərazisindən keçməklə hərəkətə davam edə biləcək. 

Müvafiq yol nişanları qoyulmaqla, bu əraziyə yaxın yerlərdə yaşayan sürücülərin təhlükəsiz hərəkəti təmin ediləcək".