Onlarla adamın öldüyü təyyarə qəzasında məşhurlar olub?


Dünya 25 Noy 2019 12:21:00 342 0

Onlarla adamın öldüyü təyyarə qəzasında məşhurlar olub?

Konqo Demokratik Respublikasının Qoma şəhərində göyərtəsində məşhurların olduğu özəl təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Bir neçə nəfər xəsarət alıb.

Son.az redaktor.az-a istinadən xəbər verir ki, "Busy Bee" şirkətinə məxsus layner havaya qalxandan bir neçə dəqiqə sonra idarəetmədən çıxaraq, evlərin üzərinə düşüb. Ardınca güclü yanğın baş verib.

Hadisə zamanı göyərtədə 2 pilot və 19 sərnişin olub. Onların hamısı dünyasını dəyişib. Ölən digər şəxslər isə qəza zamanı mənzildə olan sakinlərdir.