Mingəçevirdə güclü təsiredici dərmanlar satan aptek müdiri saxlanılıb (FOTO)


Digərləri 25 Noy 2019 11:55:00 239 0

Mingəçevirdə güclü təsiredici dərmanlar satan aptek müdiri saxlanılıb (FOTO)

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz şəkildə satılması barədə məlumat daxil olub.

Bakı. Samir Əli - Mingəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz şəkildə satılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Aptekə keçirilmiş baxış zamanı oradan 77 ədəd güclü təsiredici xüsusiyyətlərə malik dərman preparatları aşkar olunaraq götürülüb. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı ŞPŞ-də araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin