Kiçik elmi işçilərin hakimiyəti, onlar böyük işlər üçün yaranmamışdılar


Digərləri 25 Noy 2019 11:23:00 58 0

Kiçik elmi işçilərin hakimiyəti, onlar böyük işlər üçün yaranmamışdılar

Tanınmış bir yazıçıya məxsus “sürünmək üçün yarananlar uça bilməzlər” aforizmi sözügedən hakimiyyətin təmsilçilərinin mahiyyətinə tamamilə uyğun gəlir.

Bakı. Prezident İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubiley təntənələrində Azərbaycanın müasir tarixi ilə əlaqədar səsləndirdiyi fikirlər, ələlxüsus 1992-93-cü illərdə hakimiyyətdə olmuş AXC-Müsavat hakimiyyətinin fəaliyyəti və vəzifə sahiblərinə verdiyi xarakteristika cəmiyyətdə xüsusi maraqla qarşılanıb. Tanınmış bir yazıçıya məxsus “sürünmək üçün yarananlar uça bilməzlər” aforizmi sözügedən hakimiyyətin təmsilçilərinin mahiyyətinə tamamilə uyğun gəlir. Sovet İttifaqı kimi nəhəng imperiyanın qəfil dağılmasını azacıq da olsa işə yarayan dünyagörüşlü və dövlətçilik təcrübəsinə malik lideri olmadan qarşılamağa məhkum olan Azərbaycan 1992-ci ildə hakimiyyətin, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “kiçik elmi işçilər” tərəfindən zəbt edilməsinə münbit zəmin yaratdı. Orasını da qeyd etmək yerinə düşər ki, bioqrafiyasında kiçik elmi işçilikdən savayı cəlbedici heç nə olmayanlar o zamankı hakimiyyətin elitası sayılırdı. Yerdə qalanlar isə kiçik elmi işçilərə həsəd aparanlar idi. Sonuncuların hakimiyyətdə təmsil olunmaq hüququ meydanlarda keçirdiyi günlərin sayına proporsional olaraq tanınırdı. Hakimiyyətin zəbt olunması prosesində atılan ilk addım prezident administrasiyasından tutmuş bütün mərkəzi və yerli hakimiyyət orqanlarının inzibati binalarının zorla boşaldılması oldu. Meydandakılar (əlbəttə, səmimi hisslərlə xalq hərəkatına qoşulan çoxsaylı insanlardan söhbət getmir) həmin binalarda kabinetləri tutdular, özləri özlərini vəzifə sahibi elan etdilər. Kim hansı kabineti tuta bildisə, oldu həmin vəzifənin sahibi. Bu məqamda mərhum Prezident Heydər Əliyevin məşhur bir kəlamı yada düşür – kamaz şoferləri rayonların icra başçıları oldular. Ali vəzifələrdə oturanlar isə kiçik elmi işçilər idi. Baş nazir kiçk elmi işçi, parlamentin sədri – kiçik elmi işçi, müdafiə naziri Texniki Universitetin müəllimliyindən savayı heç bir iş təcrübəsi olmayan təsadüfi adam. O zamankı hakimiyyət ierarxiyasında kifayət qədər yüksək vəzifə sayılan dövlət katibi postuna isə universiteti yenicə bitirmiş Əli Kərimov yiyələndi. Bu onun ilk iş təcrübəsi idi. Universitet auditoriyasından birbaşa çox yüksək dövlət vəzifəsinə təyinat almaq nümunəsinə heç bir dövlətdə, normal hakimiyyətlərin hansındasa rast gəlmək mümkün deyil. AXC-Müsavat hakimiyyətində isə bu anormallıq adi praktika idi. Başqa bir misal olaraq onu deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin idarə rəisi kimi kifayət qədər məsul və xüsusi təcrübə tələb edən bir vəzifəyə Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi təyin edilmişdi. Təsadüfi, naşı, bir sıra hallarda mənəvi keyfiyyətləri ikrah yaradan insanların hakimiyyətdə total şəkildə təmsil olunmasının nəticəsi özünü çox gözlətmədi. Sözün həm məcazi, həm də birbaşa mənasında AXC-Müsavat hakimiyyətinin yaratdığı acınacaqlı mənzərəni orta və yuxarı yaşlı insanların yaxşı xatırladığını düşünürəm. Çünki o zamankı xaos və anarxiyanı, fabrik və zavodların bağlanması nəticəsində yaranan kütləvi işsizliyi, çörək növbələrini, 1600 faizə çatan inflyasiyanı, hazırlıqsız gənclərin küçələrdən ovlanaraq cəbhə xəttinə göndərilməsini və çoxsaylı mənasız ölümləri, tüğyan edən separatizmin Azərbaycnın bütövlüyünə yaratdığı real təhlükələri və sair buna bənzər yaramazlıqları unutmaq mümkün deyil. Təəccüb doğuran odur ki, bu qədər dərin böhranı və dağıntıları onlar cəmi bir ildə necə edə bildilər. Görün nə qədər yırtıcı, dağıdıcı olmaq lazımdır ki, 13 ayın ərzində ölkəni bütünlüklə defolt və parçalanmaq həddinə çatdırasan. Qeyd etdiyim kimi, nəticəni çox gözləmək lazım gəlmədi. Xalq ayağa qalxdı, ölkəni müsibətlərə salmış anti-xalq hakimiyyətini devirdi, Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycan müsibətlərdən, parçalanmaqdan, müstəqilliyi itirməkdən xilas edildi. Tariximizin bu acı həqiqətlərini bir daha xatırlamaqda fayda olduğunu düşünürəm. Çünki haqqında danışdığımız yarıtmaz hakimiyyətin uğursuz təmsilçiləri 26 ildən çoxdur müxalifətdə pusquda durub yenidən Azərbaycanın inkişaf, müasirləşmə, firavanlıq, əminamanlıq yolunun qarşısını almağa fürsət gözləyirlər. Ümidlərini 1992-93-cü illərin müsibətlərini görməmiş gəncləri aldadıb öz tərəflərinə çəkməyə, bir də Azərbaycana qarşı mərkli planlarını həyata keçirməyə çalışan bəzi xarici qüvvələrə bağlayıblar. Bunun adı isə xəyanətdən başqa bir şey deyil. Xəyanətin cavabı həmişə lənət olub, xalqın lənəti. Uğursuz hakimiyyətdən qalan uğursuz müxalifətin taleyi başqa cür ola bilməz. 1992-93-cü illərin yuxarıda sadaladığımız bəlalarının və yaramazlıqlarının alternativi bugünkü Azərbaycandır, onun gündən-günə artan iqtisadi qüdrəti, insanların yüksələn rifahı, ölkəmizin dünyadakı hörmət və nüfuzu, eyni zamanda heç kimin şübhə etmədiyi daha parlaq gələcəyidir. Bütün bunların mərhum Prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin əməyi, müdrikliyi, uzaqgörənliyi, habelə Azərbaycana bitməz-tükənməz sevgisi sayəsində ərsəyə gəldiyini insanlarımız yaxşı bilir və yüksək qiymətləndirir. Bugünkü iqtidarın gücü xalqın ona olan dərin inamında və etimadındadır. Hakimiyyət üçün bundan gözəl tale təsəvvür etmək mümkün deyil. Əli Əhmədov Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Azərbaycan-İran sərhədində atışma olub, ölən var like
  • 25 Noy 11:18  
Sosial Azərbaycan-İran sərhədində atışma olub, ölən var

Noyabrın 23-də&Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının

arrow Ətraflı
Salyanda təcili yardım maşını qəzaya uğradı  FOTO like
  • 25 Noy 11:16  
Digərləri Salyanda təcili yardım maşını qəzaya uğradı FOTO

Bu gün axşam saatlarında Salyan şəhərində təcili yardım maşını qəza

arrow Ətraflı
160 nömrəli avtobus yük maşını ilə toqquşdu  VİDEO like
  • 25 Noy 11:15  
Digərləri 160 nömrəli avtobus yük maşını ilə toqquşdu VİDEO

Bu gün səhər saat 07:30 radələrində Bakı şəhəri, Xəzər rayonu Binə

arrow Ətraflı
Mingəçevirdə qanunsuz şəkildə güclü təsiredici dərmanlar satan aptek müdiri saxlanılıb like
  • 25 Noy 11:14  
Sosial Mingəçevirdə qanunsuz şəkildə güclü təsiredici dərmanlar satan aptek müdiri saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apt

arrow Ətraflı
Bişkekdə korrupsiyaya qarşı mitinq başlayıb - VİDEO like
  • 25 Noy 11:12  
Dünya Bişkekdə korrupsiyaya qarşı mitinq başlayıb - VİDEO

Hazırda etiraz aksiyasında təqribən 200 nəfər iştirak edir

arrow Ətraflı
“ASAN Xidmət”in sədr müavini: “Kosmosda xidmət göstərmək istəyərdik” like
  • 25 Noy 11:12  
İqtisadiyyat “ASAN Xidmət”in sədr müavini: “Kosmosda xidmət göstərmək istəyərdik”

​“ASAN Xidmət”in sədr müavini: “Kosmosda xidmət göstərmək istəy

arrow Ətraflı
Mərkəzi Gömrük Hospitalın uzman ümumi cərrahı Elnur Pirəliyev canlı yayımda çıxış edəcək like
  • 25 Noy 11:10  
Digərləri Mərkəzi Gömrük Hospitalın uzman ümumi cərrahı Elnur Pirəliyev canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman ümumi cərrahı Elnu

arrow Ətraflı
Bakıda avtomobil qarşı yola çıxdı: like
  • 25 Noy 11:04  
Digərləri Bakıda avtomobil qarşı yola çıxdı:

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

arrow Ətraflı
İsveçrə səfiri Bakı Ali Neft Məktəbində (FOTO) like
  • 25 Noy 11:03  
Digərləri İsveçrə səfiri Bakı Ali Neft Məktəbində (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsveçrə Konfederasi

arrow Ətraflı
Həftəsonu yol qəzalarında 7 nəfər ölüb like
  • 25 Noy 11:01  
Sosial Həftəsonu yol qəzalarında 7 nəfər ölüb

Həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
Konfetin içindən dəmir çıxdı  "Uşaqlar yesəydi..."  VİDEO like
  • 25 Noy 10:59  
Digərləri Konfetin içindən dəmir çıxdı "Uşaqlar yesəydi..." VİDEO

Oriental rəqslərin mahir ifaçısı Rəna Ağamuradova (Renka) marketlərin bi

arrow Ətraflı
Bakıda ötən ay avtomobildən oğurluq edən şəxs saxlanılıb like
  • 25 Noy 10:56  
Sosial Bakıda ötən ay avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakıda ötən ay avtomobildən oğurluq edən şəxs saxlanılıb.

arrow Ətraflı
Baş nazir sürüşmə zonasına gəlib like
  • 25 Noy 10:56  
Digərləri Baş nazir sürüşmə zonasına gəlib

Baş nazir Əli Əsədov Bakının Bibiheybət qəsəbəsində baş verən sür

arrow Ətraflı
USAID: Azərbaycanın qida təhlükəsizliyi sahəsində səmərəli sistem qurmasını alqışlayırıq like
  • 25 Noy 10:55  
Digərləri USAID: Azərbaycanın qida təhlükəsizliyi sahəsində səmərəli sistem qurmasını alqışlayırıq

Azərbaycan hökumətinin qida təhlükəsizliyi sahəsində effektiv və səmə

arrow Ətraflı