"Səudiyyə Ərəbistanının əli var" İrandan ittiham


Dünya 25 Noy 2019 10:50:00 266 0

"Səudiyyə Ərəbistanının əli var"  İrandan ittiham

İrandakı xalq etirazlarında Səudiyyə Ərəbistanının əli var.

Son.az axar.a-a istinadən xəbər verir ki, bu sözləri İran Polis Qüvvələri, Din və Siyasət qurumunun sədri Əli Rza Edyani deyib.

O bildirib ki, saxlanılan etirazçıların ifadələrini dinləyəndə onların Səudiyyə və Şah rejiminin adamları olduğu üzə çıxıb.