Gürcüstanda seçki sistemi ilə bağlı referendum keçirilməsi təklif olunub


Dünya 25 Noy 2019 10:36:28 393 0

Gürcüstanda seçki sistemi ilə bağlı referendum keçirilməsi təklif olunub

Gürcüstanda 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı referendum və ya plebisitin keçirilməsi təklif olunub.

Gürcüstanda 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı referendum və ya plebisitin keçirilməsi təklif olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu təklifi Gürcüstan parlamentinin Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Akaki Zoidze irəli sürüb.

A.Zoidzenin sözlərinə görə, ölkədə yaranmış vəziyyətdən yeganə çıxış yolu proporsional sistemə keçiddir. O, təşəbbüsü dəstəklənməyəcəyi halda deputat mandatından imtina etməyi planlaşdırdığını bildirib.

Hazırda hakim Gürcü Arzusu Partiyasının qərargahında parlament çoxluğunun iclası keçirilir. Toplantıda A.Zoidzenin təşəbbüsü ilə yanaşı, ölkədə baş verən proseslər və parlamentdə boş qalan vəzifələrə təyinatlarla bağlı məsələlər müzakirə olunur.