Bakıda torpaq sürüşməsinə görə su kəsildi


Digərləri 25 Noy 2019 10:20:00 251 0

Bakıda torpaq sürüşməsinə görə su kəsildi

Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.

Bakı. Samir Əli - Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin