Mikki Rurk yenə rus gözəlini seçdi


Digərləri 25 Noy 2019 09:55:00 277 0

Mikki Rurk yenə rus gözəlini seçdi

80-ci illərin Hollivudunun seks simvolu olan Mikki Rurk yenidən rus qızı ilə romantik münasibətə başlayıb.

"Page Six"in verdiyi məlumata görə, şahidlər 67 yaşlı aktyoru Nyu-Yorkdakı "Cipriani" restoranında görüblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, Rurk yeni ilham pərisindən yaşca çox böyükdür, qadının təxminən 25-26 yaşı var.

Onun adının Olqa olduğu qeyd edilir. Şahidlərin sözlərinə görə, Rurk masadan ayrıldıqdan sonra qadın telefonla rusca ucadan danışmağa başlayıb.