Kabildə BMTnin avtomobili partlayıb, ölən və yaralananlar var


Dünya 24 Noy 2019 22:46:00 341 0

Kabildə BMTnin avtomobili partlayıb, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə BMT-yə məxsus avtomobil partlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Əfqanıstan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Nəsrət Rəhimi bildirib ki, partlayan avtomobil BMT-nin bölmələrindən birinə məxsusdur.

Məlumata əsasən, partlayış nəticəsində 1 xarici vətəndaş həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdiriliblər.