İspaniyada iki ton kokainin olduğu sualtı qayıq saxlanılıb


Dünya 24 Noy 2019 22:38:30 326 0

İspaniyada iki ton kokainin olduğu sualtı qayıq saxlanılıb

​İspaniyada iki ton kokainin olduğu sualtı qayıq saxlanılıb

İspaniyanın hüquq-mühafizə orqanları 2 ton kokainin olduğu sualtı qayığı saxlayıb.

"Report" xəbər verir ki, bu barədə"El Pais"qəzeti bildirib.

Məlumata görə, sualtı qayıq Qalisiya muxtar vilayətinin sularında aşkarlanıb. Onun Kolumbiyadan gəldiyi güman edilir.

Polis faktla bağlı azı iki nəfəri saxlayıb. Hadisənin təfərrüatları açıqlanmır.

Yerli "La Voz de Galicia" qəzeti isə bildirib ki, sualtı qayıqdakı kokain 3 tondan çox olub.