Skoda yeni Octavia haqqında məlumatı açıqlayıb FOTO


Digərləri 24 Noy 2019 20:30:00 289 0

Skoda yeni Octavia haqqında məlumatı açıqlayıb  FOTO

Yeni nəsil Skoda Octavia modelini 11 noyabr tarixində təqdim edəcəkdirlər. Çex istehsalçısı təqdimatı gözləmədən yeni model haqqında bir sıra təfərrüatları açıqlayıb. İlkin olaraq, universal kuzovlu Skoda Octavia işıq üzü görəcəkdir. Səbəbi isə məlumdur - Octavia modelinin satışlarının üçdə ikisi universalın payına düşür. Avropda isə Octavia Combi ən çox satılan universaldır. Liftbek kuzovlu versiya isə bir həftə sonra debüt etməlidir.

Beləliklə, yeni Skoda Octavia modelinin ölçüləri bir qədər artacaqdır: kuzov növündən asılı olmayaraq modelin qabarit uzunluğu 4689 mm olacaqdır. Yəni liftbek 19 mm, universal isə 22 mm uzanmış olacaqdır. Avtomobilin eni də 15 mm artaraq 1829 mm təşkil edəcəkdir. Bununla belə, modelin təkər bazası dəyişilməz qalıb - 2686 mm.  Avtomobilin aerodinamik müqavimət əmsalı da yaxşılaşdırılıb: liftbekdə bu rəqəm 0,29-dan 0,24-ə, universalda isə 0,31-dən 0,26-ya enib.

Son.az autograph.az-a istinadən bildirir ki, yeni salonda ikiqollu sükan çarxı və yeni VW Golf modelində olduğu kimi DSG "robotunun" kiçik selektoru quraşdırılacaqdır ki, bu selektorun ötürmələr qutusu ilə mexaniki birləşməsi olmayacaqdır. Bahalı versiyalar cihazlar panelinin və multimedia sisteminin 10,25-düymlük displeylərinə malik olacaqdırlar. Sadə versiyalarda mərkəzi ekran bir qədər kiçik olacaqdır.

Yeni Skoda Octavia modelinin salonu geniş olacaqdır. İkinci cərgənin sərnişinlərinin ayaq zonasında məkan genişlənəcək, baqaj bölümünün həcmi artacaqdır. Avropa bazarı üçün nəzərdə tutulmuş liftbek 600 litr (+10 l), Combi isə 640 litr (+30 l) tutur. Başqa parametrlər açıqlanmayıb.

Yeni "Oktaviya" əvvəllər təklif edilməyən çoxsaylı opsiyalara sahib olub. Golf Mk8 modelinin ardınca Octavia da dinamik dönmə işıqları olan matrisa tipli ön fənərlərə, proyeksiya displeyinə, üçzonalı iqlim sisteminə, masaj və havalandırması olan ön kreslolara malik olacaqdır. Modelin opsiyalar siyahısına 230 voltluq çıxış, Sleep Package (açılan yanları olan başlıqlar və yorğan), həmçinin genişləndirilmiş elektron yardımçılar dəsti də daxil edilib. Arxa qapılarda olan "uşaq" qıfılları elektrik ötürməsinə malik olublar.  

Avropada yeni Octavia dörd asqı variantı ilə təklif ediləcəkdir: standart, idman (- 15 mm), adaptive DCC (- 10 mm) və pis yollar üçün dəst (+15 mm). Təchizat səviyyəsi üç varianta - Active, Ambition və Style, - malik olacaqdır.