Azərbaycanda siqaret istehsalı kəskin artacaq


Digərləri 24 Noy 2019 19:25:00 358 0

Azərbaycanda siqaret istehsalı kəskin artacaq

Azərbaycanda gələn il 10 mlrd. ədəd siqaret və papirosların istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə iki dəfə çoxdur.

Son.az APA-ya istinadən bildirir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verilən məlumata görə, bu il ölkədə 5 mlrd. ədədə yaxın siqaret və papirosların istehsalı nəzərdə tutulub.

Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2021-ci ildə ölkədə 10 156 mln. ədəd, 2022-ci ildə - 10 370,2 mln. ədəd, 2023-cü ildə isə 10 648,8 mln. ədəd siqaret və papirosların istehsal olacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4 949,7 mln. ədəd siqaret və papiros istehsal edilib.