Əfqanıstanda BMT-nin avtomobili partladılıb


Dünya 24 Noy 2019 19:17:37 278 0

Əfqanıstanda BMT-nin avtomobili partladılıb

​Əfqanıstanda BMT-nin avtomobili partladılıb

Əfqanıstanın paytaxtı Kabilin mərkəzində BMT-nin avtomobili partladılıb.

"Report" xəbər verir ki, bu barədə"Ariana News" məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 1 nəfər həlak olub.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nəsrət Rəhimi bildirib ki, Birləşmiş Millətlər Təşkilatının bölmələrindən birinə aid olan avtomobili partladılıb. Onun sözlərinə görə, hadisə zamanı həlak olan əcnəbidir.

Partlayış nəticəsində həmçinin daha 5 nəfər yaralanıb. Onlar yerli xəstəxanaya çatdırılıb.

Hadisə zamanı həlak olan və zərərçəkənlərin milliyyəti barədə məlumat verilmir.

Partlayışa görə məsuliyyəti heç bir silahlı qruplaşma üzərinə götürməyib.