Sərnişin təyyarəsi evlərin üstünə düşdü:


Dünya 24 Noy 2019 16:48:00 306 0

Sərnişin təyyarəsi evlərin üstünə düşdü:

Konqoda sərnişin təyyarəsi yaşayış evlərinin üstünə düşüb.

Son.az bildirir ki, "Qafqazinfo" "Röyters"ə istinadən xəbər verir ki, göyərtədə olan 17 sərnişin və 2 ekipaj üzvü ölüb.  Xilasedicilər artıq 18 nəfərin cəsədini dağıntılar arasından çıxarıb.

"Busy Bee" şirkətinə məxsus layner düşdükdən sonra alışmağa başlayıb. Hadisənin səbəbləri araşdırılır.