Kürdəmirdə ağır qəza:


Digərləri 24 Noy 2019 13:53:00 323 0

Kürdəmirdə ağır qəza:

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Son.az azvision.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "QAZ-2410" markalı avtomobilin sürücüsü Əhmədov Mehman Surxay oğlu idarə etdiyi nəqliyyat vasitəsini "KamAZ" markalı yük maşınına çırpıb. Nəticədə M.Əhmədov və onun sərnişini İbadov Vüqar Arif oğlu hadisə yerində ölüb. Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.