Yoldan 25 min avroluq saat tapıb, sahibinə qaytardı və iş təklifi aldı


Digərləri 24 Noy 2019 12:56:00 439 0

Yoldan 25 min avroluq saat tapıb, sahibinə qaytardı və iş təklifi aldı

İtaliyanın Parma şəhərində seneqallı 22 yaşlı işsiz bir adam yolda tapdığı 25 min avro dəyərindəki "Rolex" markalı saatı sahibinə qaytarandan sonra saat sahibindən iş təklifi alıb. 

Son.az musavat.com-a istinadən bildirir ki, 2013-cü ildən bəri İtaliyada yaşayan Modou Gaye təxminən 5 ildir ki, işsiz idi və küçələrdə kitab sataraq həyatını təmin etməyə çalışırdı. 

İtaliya mediasındakı xəbərlərə görə, Parma şəhərindəki Farini küçəsində uşaq kitabları satan Gaye bir neçə gün öncə bu küçədə yaşıl rəngdə bir qutu tapıb. Gaye qutudakı saatı tanıdığı bir zərgərə göstərib. Zərgər "Rolex Daytona" saatının ən azı 25 min avro dəyərində olduğunu deyincə, birlikdə polisə gediblər. İtaliya təhlükəsizlik xidmətinin həyata keçirdiyi araşdırmada Parmaya iş üçün gedən Mantovalı bir iş adamının, 9 noyabrda Rolex saatını itirməsi barədə polisə müraciət etdiyi üzə çıxıb. Polislərin saatın sahibi ilə əlaqə qurması nəticəsində təkrar Parmaya gedən iş adamı Modou Gaye ilə tanış olub. Adı açıqlanmayan iş adamı Gayeyə təşəkkür məqsədi ilə iş təklifi edib. 

Yerli qəzet "Gazzetta di Parma"ya açıqlama verən Modou Gaye, "Saat mənə aid deyildi, əlbəttə ki, sahibinə qaytaracaqdım. Atam mənə bunu öyrətdi, mən də belə etdim" deyib.