Trampın işdən çıxartdığı Boltondan ilginc iddia: “Ağ Ev söyləyəcəklərimdən qorxduğu üçün...” FOTO


Dünya 24 Noy 2019 12:17:00 339 0

Trampın işdən çıxartdığı Boltondan ilginc iddia: “Ağ Ev söyləyəcəklərimdən qorxduğu üçün...”  FOTO

ABŞ prezidenti Donald Tramp tərəfindən vəzifəsindən kənarlaşdırılan keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton uzun sürən sakitliyini pozub.

Musavat.com sozcu.com.tr-yə istinadən xəbər verir ki, sentyabr ayında vəzifəsindən ayrıldıqdan sonra ilk dəfə tvitterdəki hesabından mesaj paylaşan Bolton, Ağ Evin özünün şəxsi tvitter hesabına girişini əngəllədiyini iddia edib.

ABŞ prezidenti Donald Tramp ilə tez-tez fikir ayrılığı yaşayan keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Tvitter-də təəccüblü açıqlamalar verib.

Son olaraq şəxsi hesabından istefa vermək qərarını elan edən Bolton, 10 sentyabr tarixli bir paylaşımında "istefa ərizəmi dünən axşam prezident Trampa təqdim etdim. Prezident isə sabah danışarıq dedi... ", - deyə qeyd etmişdi.

Bolton bu mesajı yazdıqdan uzun müddət sonra özünün sakitliyini pozub. O, dünən yenidən, təxminən iki ay aradan sonra şəxsi tvitter hesabından mesaj paylaşıb.

"İki aydan da çox bir sakitlikdən  sonra tvitter-ə qayıtmaq olduqca gözəl hissdir. Hekayənin pərdəarxası üçün izləməyə davam edin", - qeyd edən Bolton Ağ Evə sensasion mesaj yollayıb.