Çilidəki son iğtişaşlarda 100dən çox insan yaralanıb


Dünya 24 Noy 2019 11:22:00 357 0

Çilidəki son iğtişaşlarda 100dən çox insan yaralanıb

Noyabrın 23-də Çilidə keçirilən etiraz aksiyalarında ən az 127 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, zərərçəkənlər arasında həm asayiş keşikçiləri, həm də mülki şəxslər var. Etirazçılar mitinqlər zamanı binaları yandırıb və polis bölmələrinə hücum ediblər. Ümumilikdə noyabrın 23-də ölkə daxilində polis tərəfindən 300-ə yaxın nümayişçi saxlanılıb.

İğtişaşlara çevrilən etiraz aksiyaları və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalar 14 oktyabrda Santyaqoda, hökümətin metroda gediş haqlarının qiymətlərini artırmaq qərarına gəldikdə başlayıb. Daha sonra nümayişlər digər şəhərlərə də keçib. İğtişaşlar zamanı 20-dən çox insan şiddətin qurbanı olub, 2,3 mindən çox insan yaralanıb.