Tovuzda məktəblini maşın vurdu,


Digərləri 24 Noy 2019 11:06:00 317 0

Tovuzda məktəblini maşın vurdu,

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, yolu keçmək istəyən Ələkbərov Süleyman Çingiz oğlunu maşın vurub. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaralı hazırda Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparılıb.

Qeyd edək ki, xəsarət alan şəxsin məktəbli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.