Bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək


Dünya 24 Noy 2019 06:52:17 313 0

Bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək

​Bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, səsvermə məntəqələri yerli vaxtla səhər saat 7:00-dan (Bakı vaxtı ilə saat 9:00) axşam saat 21:00-adək (Bakı vaxtı ilə saat 23:00) fəaliyyət göstərəcək.

Səsvermələr ölkə üzrə 18748 seçki məntəqəsində keçiriləcək. Daimi seçki siyahılarında 18 milyondan çox seçici qeydiyyata alınıb. Bununla yanaşı, xaricdə 835 seçki məntəqəsi açılıb.

Seçkilərin noyabrın 10-da keçirilmiş birinci turunda heç bir namizəd seçicilərin 50+1 səsini qazana bilməyib. Buna görə də ikinci tur keçirilir. Bu turda ötən seçkidə ən çox səs toplamış iki namizəd rəqabət aparacaq. Bunlar Milli Liberal Partiya tərəfindən (37,82% səs) irəli sürülmüş hazırkı prezident Klaus Yohannis və Sosial Demokrat Partiyasının namizədi Viorika Dençiledir (22,26%).

Rumıniya prezidenti beş il müddətinə seçilir.