Günün qoroskopu: Müsbət tendensiyaların təsiri güclüdür


Digərləri 24 Noy 2019 00:01:00 296 0

Günün qoroskopu: Müsbət tendensiyaların təsiri güclüdür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə əsasən enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir. Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.

Buğa - Günün birinci yarısında həyəcanlanmaq üçün xeyli səbəb yaranacaq. Bunların sırasında müəyyən xəbərlərin alınması, işdə xırda anlaşılmazlıqlar, həmçinin yaxınlarınızla aranızdakı fikir ayrılıqları çoxluq təşkil edəcək. Ancaq günorta alacağınız xəbər şəraitə başqa nöqteyi-nəzərdən yanaşmağınıza imkan verəcək və siz anlayacaqsınız ki, doğrudan da, narahat olmaq üçün heç bir əsas yox imiş. Sizi bu yaxınlarda incidən, yaxud təşəbbüslərinizi qiymətləndirməyən insanlar öz səhvlərini etiraf edərək üzr istəməyə hazırdırlar. Kinlilik göstərməyə dəyməz, ancaq sağlam düşüncəni də əldən verməyin: tövbə eləyənlərin heç də hamısı səmimi deyil.

Əkizlər - Nəzərə almaq lazımdır ki, yalnız güclə yox, hiyləgərliklə qələbə qazanmaq olar. Nəzakət və taktika da artıq olmayacaq. Maliyyə vəziyyəti yaxşı deyil, düşünülməmiş xərclərdən çəkinmək lazımdır. Pul üstündə mübahisələr mümkündür: ümumi resurslardan istifadə barədə razılığa gəlmək olmur. Maraqlı tanışlıqlar çox olsa da, bunların heç biri ciddi münasibətlərə rəvac vermir.

Xərçəng - Günün birinci yarısı əsl sınaq dövrüdür. Situasiyanı nəzarətdə saxlamaq çətin olacaq, üstəlik, öz emosiyalarınızı da yığıb-yığışdıra bilməyəcəksiniz. Düşünülməmiş qərarlar verməyə və düşünülməmiş hərəkətlər etməyə meyllisiniz. Bu, xeyli macəra yaşamağınıza imkan yaradır, amma bunların heç də hamısı xoş olmayacaq. Axşam daha yaxşı keçəcək, hər halda özünüzü daha sakit və əmin hiss edəcəksiniz. Vacib, sizə nikbinlik gətirən məlumat ala bilərsiniz. Şəxsi və işgüzar xarakterli maraqlı təkliflər ala bilərsiniz.

Şir -  Gərgin, birmənalı olmayan gündür, hadisələrdən baş açmaq çətindir, onların nəticəsini təxmin eləmək isə bundan da qəlizdir. Əminsiniz ki, hər şey əla bitəcək, amma gözləntilərinizin reallıqla uzlaşıb-uzlaşmadığını düşünməyə ərinirsiniz. Danışıqlar apara bilərsiniz, amma bir az diqqətli olun, yerinə yetirməyəcəyinizi bilə-bilə vədlər verirsiniz. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təmaslar məsləhət deyil. Maliyyə işlərinizi qaydaya salın, əgər borclarınız varsa, hamısını qaytarmağa çalışın.  

Qız - Maraqsız gündür. Ciddi münaqişələr yoxdur, ancaq ətrafınızdakılardan (həm işdə, həm şəxsi münasibətlərdə olduqlarınızla) narazılığınız artır. Hələlik özünüzü birtəhər ələ ala bilirsiniz, amma fitil alışıb və partlayış da qaçılmazdır. Müstəqil yerinə yetirə biləcəyiniz işlərdən yapışın. Təhsil üçün münasib gündür, məlumatı yaxşı qavrayırsınız, ancaq müəllim axtarışı elə də asan olmaya bilər. Sükan arxasında səfərlərdən çəkinin, yolda xoşagəlməz hadisələrlə qarşılaşa bilərsiniz. Enerjiniz azdır, halsızlıq mümkündür.