Küçə itinin dişlədiyi kişinin gözündən iri qurd çıxarıldı Tibdə kuryoz


Digərləri 23 Noy 2019 23:11:00 289 0

Küçə itinin dişlədiyi kişinin gözündən iri qurd çıxarıldı  Tibdə kuryoz

70 yaşlı kişi 5 il idi ki, gözündə ağrı, qaşınmadan şikayətlənirdi. Həkimlər bir neçə dəfə müayinə etsələr də,düzgün diaqnoz qoya bilməyiblər.

Son.az medicina.az-a istinadən bildirir ki, yalnız bu il oftalmoloq Milan Pançal xəstənin gözündə iri parazit görür.

Onun gpzündən 7 santimetrlik diri qurd anesteziya altında çıxarıldı. Əgər qurd çıxarılmasaydı, xəstə gözünü həmişəlik itirə bilərdi. 

"Əməliyyat 30 dəqiqə davam edib. Hətta qurdun qan dövranı vasitəsilə beyinə gedə bilməsi riski də var idi. O, canlı idi, tutmaq çətin idi".