Son 10 ilin ən çox gəlir gətirən musiqi qrupu


Digərləri 23 Noy 2019 21:30:00 432 0

Son 10 ilin ən çox gəlir gətirən musiqi qrupu

Amerikanın "Pollstar" nəşrinin açıqlamasında İrlandiyanın "U2" rok qrupu son 10 ildə dünya üzrə ən çox gəlir gətirən musiqi kollektivi kimi göstərilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, çap olunan məlumatda qrup karyerası boyu ümumilikdə 1,038 milyard dollar qazanıb. Bu məbləğ ilin sonuna qədər daha da arta bilər, çünki "U2" hazırda Avstraliya, Yeni Zelandiya və Asiya ölkələrinə qastrol səfərindədir.

Siyahıda ikinci yeri 929 milyon dollarlıq gəlirlə Britaniyanın "The Rolling Stones" rok qrupu tutur. Britaniyalı Ed Şiran isə Mik Caggerin kollektivindən çox da geri qalmayaraq 922 milyon dollarla üçüncü yerdə qərarlaşıb.