Maykl Pens İraqa getdi


Dünya 23 Noy 2019 20:55:00 295 0

Maykl Pens İraqa getdi

ABŞ-ın vitse-prezidenti Maykl Pens noyabrın 23-də İraqa elan olunmamış səfər edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Maykl Pens burada Bağdaddan qərbdə yerləşən Ayn-əl-Əsəd hərbi hava qüvvələri bazasındakı ABŞ qoşunlarını ziyarət edəcək. Onun, həmçinin İraq hökumətinin rəhbəri ilə görüşü planlaşdırılır.

Xatırladaq ki, 2018-cı il dekabrın 26-da Prezident Donald Tramp İraqa elan olunmamış səfər edərək ABŞ hərbçiləri ilə görmüşdü. O, çıxışı zamanı qoşunları İraqdan çıxarmaq niyyətində olmadığını bildirmışdı.