Rusiyada kişilər "analıq məzuniyyətinə" çıxmaq istəyirlər


Digərləri 23 Noy 2019 18:42:00 273 0

Rusiyada kişilər "analıq məzuniyyətinə" çıxmaq istəyirlər

Rusiyada kişilərin yarısı (46 faiz) ehtiyac olarsa, qadınlarının əvəzinə "analıq (atalıq) məzuniyyəti"nə getməyə hazırdır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 38 faiz isə qadının əvəzinə "analıq məzuniyyətinə" gedə bilməyəcəyini dilə gətirib.

Rusiyada 94 faiz hallarda uşağa görə məzuniyyətə analar çıxırlar. Övladları xəstələnəndə qadınların 75 faizi, kişilərin isə 8 faizi arayış alaraq işə getmir. 9 faiz halda isə qadın və kişi məzuniyyətini növbə ilə götürür.

Qadın üçün ailə məsuliyyətlərinə yeməyin hazırlanması (88 faiz), paltar yumaq (87 faiz), uşaqlara dərslərində yardım etmək (64 faiz), onları yatırtmaq (64 faiz) daxildir. Eyni zamanda qadınlar uşaqları ilə gəzməli (58 faiz), onları yuyundurmalı (57 faiz), asudə vaxtlarını (56) təşkil etməlidirlər.