Baş nazirin müavini: Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünü iki dəfə artıra bilər


Digərləri 23 Noy 2019 16:19:53 432 0

Baş nazirin müavini: Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünü iki dəfə artıra bilər

Hazırda bu göstərici ildə təxminən 600 milyon dollara bərabərdir.

Moskva. Artyom Sokolov - Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünün həcmini iki dəfə artıra bilər. Hazırda bu göstərici ildə təxminən 600 milyon dollara bərabərdir. Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Rusiya-Azərbaycan regionlararası forumunda deyib. O bildirib ki, Moskva məhsulları elektron formatda izləyə bilər. Ş.Mustafayev həmçinin əməkdaşlığın bütün parametrlərinin, bütün proseslərin rəqəmsallaşdırılmasının zəruriliyini vurğulayıb: "Biz bu istiqamətdə addımlar atırıq ki, avtomatik olaraq, yerindəcə Rusiya bazarlarına daxil olan məhsullarımızın mənşəyini, keyfiyyətini və digər parametrlərini yoxlamaq mümkün olsun".