Türk filminin yaradıcı heyətindən Azərbaycana təşəkkür


Digərləri 23 Noy 2019 13:34:00 263 0

Türk filminin yaradıcı heyətindən Azərbaycana təşəkkür

Oktyabrın əvvəlində Türkiyədə premyerası olan və bu günədək 4 milyon insan tərəfindən baxılan  "7. koğuştaki mucize" filmi Azərbaycanda uğur qazanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, səs-küyə səbəb olan ekran işini Bakıda 101 min 500 nəfər izləyib. Bu barədə Nizami Kino Teatrı məlumat yayıb.

Qeyd olunub ki, layihənin yaradıcı heyəti Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər.