MİDA mənzillərin növbəti satışını həyata keçirəcək


Digərləri 23 Noy 2019 12:57:00 307 0

MİDA mənzillərin növbəti satışını həyata keçirəcək

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 22 saylı binası üzrə 1 mənzil, 23 saylı binası üzrə 54 mənzil, 24 saylı binası üzrə 58 mənzil, 25 saylı binası üzrə 60 mənzil, 26 saylı binası üzrə 15 mənzil və 27 saylı binası üzrə 60 mənzilin, ümumilikdə 248 mənzilin satışı 25 dekabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, agentliyin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 27 dekabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 248 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 17.03.2017-ci il tarixli 23364 nömrəli müsbət rəyi mövcuddur.

Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilmişdir.

Bina №

Binanın yerləşdiyi torpaq sahəsi (m²)

Binada mərtəbə sayı

Binaya giriş sayı

Mənzillərin otaqlarının sayı

Mənzillərin sayı

Mənzillərin daxili perimetr üzrə sahəsi (m²)

Mənzillərin xarici perimetr üzrə sahəsi (m²)

Baş podratçı / ünvanı

Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi

       

22

441,56

12

1

1

1

31,50

40,12

"MƏK-AN" MMM / Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26N.

22 dekabr 2018-ci il

 

23

441,56

12

1

1

6

31,50-33,01

40,12

"Merkuri-İnşaat" MMC ("Conco" MMC ilə konsorsium) / Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64,mənzil 143

11 dekabr 2018-ci il

 

2

24

56,85-57,87

70,44

 

3

24

69,80-70,46

84,47

 

24

645,25

9

2

1

9

33,10-33,37

40,52

 

2

46

50,18-55,02

60,10-66,91

 

3

3

69,08-69,68

84,47

 

25

441,56

12

1

1

12

31,50-33,01

40,12

"HN Constrution" MMC ("Xumar-98" MMC ilə konsorsium) / Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 14

1 mart 2019-cu il

 

2

24

56,85-57,87

70,44

 

3

24

69,80-70,46

84,47