Tramp onun şəklini öz otağından asmayan səfiri işdən qovdurdu


Dünya 23 Noy 2019 10:09:00 320 0

Tramp onun şəklini öz otağından asmayan səfiri işdən qovdurdu

Prezident Donald Tramp ABŞ-ın Ukraynadakı nümayəndəsinin işdən çıxarılması barədə danışıb.

Son.az BBC-yə istinadla xəbər verir ki, məsələ ilə bağlı "Fox News" telekanalının səhər proqramında telefon vasitəsi ilə prezidentlə canlı bağlantı yaradılıb. O, keçmiş səfir Marie Yovanoviçlə bağlı açıqlama verib.

Prezident bildirib ki, Marie onun şəklini öz otağından asmaqdan imtina edib:

"Hamının gözəl adlandırdığı bu səfir mənim şəklimi səfirlik binasından asmaq istəmirdi. O, 2 ildən çoxdur ki, səfirlikdə çalışıb. Həmin müddət ərzində barəmdə mənfi fikir yürüdüb, məni dəstəkləməyib. Buna görə də, mənim belə səfiri dəyişdirmək haqqım var. Hər bir səfir öz ABŞ prezidentinin şəklini divardan asmalıdır. Bu mələk deyil, adi bir qadındır", - Tramp söyləyib.