Telefonumuzun kamerasından izlənirikmi? Ağıllı smartfon istifadəçilərini qorxudan detallar üzə çıxdı


Digərləri 23 Noy 2019 08:39:00 312 0

Telefonumuzun kamerasından izlənirikmi?  Ağıllı smartfon istifadəçilərini qorxudan detallar üzə çıxdı

Günümüzdə noutbukların kameralarını yapışqanla bağlamaq istifadəçilər arasında məşhur kibertəhlükəsizlik metoduna çevrilib.

Son.az xəbər verir ki, son zamanlarda ortaya çıxan təhlükəsizlik boşluqları ağıllı smartfonların kameralarının noutbuklardan daha böyük təhdid ola biləcəyini göstərir. Dünyanın ən böyük internet platformalarından olan "Google" şirkəti "Android" əməliyyat sisteminə sahib ağıllı smartfonlarda iyul ayında təhlükəsizlik boşluğu tapıb.

Şirkət məsələ ilə bağlı verdiyi açıqlamada bu boşluğun hakerlər tərəfindən istifadə edildiyini və smartfon sahiblərinin gizli şəkildə dinlənildiyini bildirib. Şirkət təhlükəsizlik boşluğunun "Pixel" və "Samsung" cihazları da daxil olmaqla, yüz milyonlarla istifadəçiyə zərər vurduğunu qeyd edib.

"Google"un açıqlamasınıdan sonra "Facebook" da belə bir problem yaşadığını açıqlayıb. Hər iki şirkət səhvləri aşkar etdikdən sonra boşluğu aradan qaldırıb və proqramlar yenilənib. Şirkət "Facebook Portal" və "Nest Home Max" kimi cihazlarını istifadəçilərin gizliliyini qorumaq üçün əlavə hissə ilə təchiz edib. "Portal" üçün kamerabağlayan xarici bir aparat təqdim edilərkən, "Nest Home Max"a həm kamera, həm də mikrofonu fiziki olaraq qeyri-aktiv edən təchizat əlavə olunub.