Vladimir Putin: Azərbaycanda rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır


Digərləri 23 Noy 2019 02:37:21 272 0

Vladimir Putin: Azərbaycanda rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır

Azərbaycanda rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır

Bakı. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin deyib. Vladimir Putin bildirib: "Bilirəm ki, Siz şəxsən bu işdə daim fəal iştirak edirsiniz. Prezident də bunu dəstəkləyir. Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri, sözün geniş mənasında, inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, bu, bizim ümumi sərvətimizdir. Ona görə ki, bu, insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir". Onun sözlərinə görə, cari ilin doqquz ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 26 faiz artıb: "Bu, ciddi göstəricidir. Biz demək olar ki, bütün istiqamətlər üzrə - parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlayırıq. Azərbaycan Prezidenti ilə mənim çox etimada əsaslanan mehriban münasibətlərim formalaşıb. Bilirəm ki, sabah Siz Valentina İvanovna ilə birlikdə X Regionlararası Forumu da açacaqsınız. Hesab edirəm ki, bu, bizim əməkdaşlığımızın olduqca mühüm istiqamətidir. Ona görə ki, bizim qarşılıqlı fəaliyyətimizin xeyli hissəsi məhz regionlar səviyyəsində həyata keçirilir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin