Uşaqlarda bu əlamətlər


Digərləri 22 Noy 2019 23:25:00 303 0

Uşaqlarda bu əlamətlər

Havalar bir az  soyuyan kimi uşaqlarınəksəriyyəti öskürməyə başlayır. Təbii ki, valideynlər də dərhal təşvişə düşərək, uşağa soyuq dəydiyini zənn edir və öskürəyin keçməsi üçün hər vasitəyə əl atır. Lakin nəzərə almaq lazımdır ki, öskürək heç də hər zaman soyuqdəymənin əlaməti deyil.  Bəzən bu düzgün nəfəs almamağın, virusun, allergiyanın və digər ciddi xəstəliklərin nəticəsi ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, pediatr Günay Rəsulova açıqlama verib. Onun sözlərinə görə uşaqlarda öskürək hətta sətəlcəmin əlamətləri ola bilər:

"Soyuq hava ilə əlaqədar olaraq uşaqlarda üst tənəffüs yolu xəstəliklərinin sayı artıb. Bu xəstəliklərdən daha çox biz bronxit, rinit, sinusit, tonzilit( angina) kimi infeksiyalara rast gəlirik. Bu infeksiyalar uşaqlarda  əvvəlcə yüksək qızdırma, halsızlıq, iştahsızlıq, qusma, yeməkdən imtina etmə və öskürəklə özünü biruzə verir. Əgər uşaqlarda öskürək aparılan müalicələr baxmayaraq keçmir və qızdırma halı müşahidə olunursa, biz belə uşaqlarda artıq pnevmaniyadan şübhələnməyə başlayırıq".

Pediatrın sözlərinə görə, pnevmaniya çox ağır xəstəlikdir: