Nissan markasının ilk elektrik krossoveri debüt edəcək FOTO


Digərləri 22 Noy 2019 22:01:00 333 0

Nissan markasının ilk elektrik krossoveri debüt edəcək  FOTO

Tokyo avtosalonunun başlanması tarixi yaxınlaşdıqca, bu tədbirdə nümayiş etdiriləcək avtomobillərin şəkillərinin yayılması intensivliyi də artır. Subaru Levorg modeli ilə yanaşı, Nissan şirkətinin ilk elektrik krossoveri olacaq Ariya modelinin şəkilləri dərc edilib.

Şirkət daxilindəki mənbələr Nissan Ariya modelinin CMF-EV modul platformasında inşa edildiyini bildiriblər. Elektrokarın güc qurğusu, məlum məsələdir ki, Nissan Leaf hetçbekindən götürülüb. Avtomobilin kuzov nisbətləri isə IMx və IMq konsept avtomobillərinin motivləri əsasında yaradılıb.

Son.az autograph.az-a istinadən bildirir ki, zahiri cəhətdən yeni avtomobil 2017-ci ildə nümayiş etdirilmiş Nissan IMx konseptini xatırladır. Lakin, konseptdən fərqli olaraq Ariya ön hissənin ənənəvi formasına, klassik qapılara, yan güzgülərə və qapı dəstəklərinə malikdir. Ölçülərinə görə Nissan Ariya X-Trail modelinə yaxın olacaqdır.

Nissan Leaf ilə eyni güc qurğusunu bölüşdürməsinə baxmayaraq, krossoverdə tətbiq edilən qurğu daha güclüdür. Məlumdur ki, elektrik krossoveri 100 km/saat həddini beş saniyədən az müddətə toplayır və EPA standartına əsasən 483 km məsafə qət edir. Bundan başqa, təkmilləşdirilmiş soyutma sistemi sayəsində elektrokar Leaf modelinin əsas defekti olan batareyanın qızmasından yaxa qurtarıb.