Analytic stroke – Analitik gedişat


Digərləri 22 Noy 2019 22:15:00 245 0

Analytic stroke – Analitik gedişat

Sahibkarlar bazar araşdırması apararkən və müştərilərlə ünsiyyətə girərkən həmişə iki təhlükə mövcud olur. "Sadəcə et" məktəbinin davamçıları işə başlamaq üçün səbirsiz olurlar və öz strategiyalarını təhlil etməyə vaxt sərf etmək istəmirlər. Bundansa, müştərilərlə bir neçə primitiv söhbət sonrası dərhal işə başlamağı üstün tuturlar. Təəssüf ki, müştərilər həqiqətən nə istədiklərini bilmirlər deyə, bu cür sahibkarlar asanlıqla doğru yolda olduqları fikrinə düşürlər.

Son.az techland.az-a istinadən bildirir ki, başqa sahibkarlar isə planlarını sonsuza qədər yaxşılaşdırmağa çalışmaqla təhlil iflicinin qurbanına çevrilə bilərlər. Bu halda müştərilərlə ünsiyyət qurmaq, araşdırma hesabatlarını oxumaq və lövhələrdə strategiyalar qurmaq - hamısı eyni dərəcədə faydasızdır. Əksər sahibkarların planlarının problemli cəhəti onların strateji prinsiplərə uyğun olmaması yox, əsas götürdükləri faktların yanlış olması olur. Təəssüf ki, əksərən, bu cür yanlışlar lövhələrdə gözə çarpmır, çünki onlar məhsulla müştəri arasındakı incə əlaqələrdən asılıdır.

Həddən artıq təhlil aparmaq təhlükəlidirsə və onların heç biri uğura aparmırsa, sahibkarlar artıq təhlil aparmağı dayandırıb isşə başlamağın vaxtı gəldiyini başa düşürlər.