Epilepsiya tutmasını 1 saat əvvəldən təxmin edən süni intellekti


Digərləri 22 Noy 2019 21:05:00 334 0

Epilepsiya tutmasını 1 saat əvvəldən təxmin edən süni intellekti

Yeni süni intellekt sistemi, epilepsiya tutmalarını 99.6% düzgünlüklə təxmin edə bilir.

Beyin içərisində olan sinir hüceyrələrinin, qeyri-adi bir elektro-kimyəvi boşalma etməsi nəticəsi ortaya çıxan nevroloji bir pozuntu olan epilepsiya, olduqca zəiflədici bir xəstəlikdir.

Luiziana Universitetindən Hişam Davud və Maqdi Bayominin yaratdığı yeni süni intellekt, epilepsiya tutmalarını 1 saat əvvəldən təxmin edə bilir.

Araşdırmaçılar, yeni süni intellekt sistemini, Boston Uşaq Xəstəxanasında olan 22 xəstə üzərində təcrübədən keçirdi və 99,6%-lik düzgünlük nisbətinə çatdı.