Bu ölkə vətəndaşlarının hər 4 nəfərindən biri siqaret çəkir


Digərləri 22 Noy 2019 20:04:00 344 0

Bu ölkə vətəndaşlarının hər 4 nəfərindən biri siqaret çəkir

Moldova vətəndaşlarının hər 4 nəfərindən biri siqaret çəkir. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Moldova Milli İctimai Səhiyyə Agentliyinin yaydığı məlumatda ölkədə siqaret çəkənlərin 25,3 faiz təşkil etdiyi açıqlanıb. Siqaret çəkənlərin 5,6 faizi qadınlardır. Moldovada siqaret çəkməyə başlanan orta yaş 17-dir.

İl ərzində Moldovada siqaretin alınmasına 1 milyard 830 leev pul xərclənir.