Lotereyada udduğu 13 milyon dolların hamısını əyləncəyə xərclədi, yoxsul gününə düşdü


Dünya 22 Noy 2019 19:04:00 295 0

Lotereyada udduğu 13 milyon dolların hamısını əyləncəyə xərclədi, yoxsul gününə düşdü

Britaniyalı Maykl Kerrol 2002-ci ildə lotereyada milyonçu olanda özünü dünyanın ən xoşbəxt insanı sayırdı.

Zarafat deyildi, 9,7 milyon funt sterlinq (13 milyon dollara yaxın) qazanmışdı. İndi qadınlarla əylənmək, çoxlu içmək, hər cür əyləncəyə baş vurmaq olardı. Səhv düşüncə Kerrolun evini yıxıb.

Son.az bizimyol.info-ya istinadən bildirir ki, lotereyada udduğu 13 milyon dolların hamısını əyləncəyə xərcləyən Maykl yoxsul gününə düşüb. İndi o, məişət tullantılarının təmizlənməsi ilə məşğul olur. Keçmiş milyonçu mənzilin kirayəsini çətinliklə ödəyir. Onu hətta həyat yoldaşı da tərk edib.