Türkiyədə 92 hərbçi barəsində saxlanılma qərarı verildi


Dünya 22 Noy 2019 17:04:00 341 0

Türkiyədə 92 hərbçi barəsində saxlanılma qərarı verildi

Türkiyə Hərbi Hava Qüvvələrinə qarşı keçirilən FETÖ istintaqı çərçivəsində 92 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.

Son.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb. Keçirilən əməliyyatlar nəticəsində 53 nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib.

Barəsində saxlanılma qərarı çıxarılan hərbçilərdən ikisinin leytenant olduğu qeyd edilib.