650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb


Digərləri 22 Noy 2019 16:11:00 390 0

650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

Azərbaycanda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın bütün regionlarını əhatə edir: "Artıq hansı ərazilərdə hansı ağacların əkiləcəyi müəyyənləşib. Ağacların böyük hissəsi magistral yolların kənarında əkiləcək. Bu da ölkəmizin gözəlləşməsinə xidmət edəcək".

Nazir müavini qeyd edib ki, xəritədə yer alan ərazilərdə nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək. Artıq bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

F.Əliyev əlavə edib ki, həmin gün nektar verən ağacların əkilməsinə də üstünlük veriləcək: "Bir gündə 650 min ağac əkiləcək. Eyni zamanda, Bakının Suraxanı rayonunda-keçmiş Yod-brom zavodunun ətrafında çirklənmiş 100 ha sahənin nazirlik tərəfindən təmizlənərək bərpa edilməsi və orada da ağac əkilməsi nəzərdə tutulub".