"Çovdar"da 100 min ağac tingi yetişdiriləcək (FOTO)


Digərləri 22 Noy 2019 16:58:00 279 0

"Çovdar"da 100 min ağac tingi yetişdiriləcək (FOTO)

"AzerGold" ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində ardıcıl ekoloji tədbirlər həyata keçirməkdədir.

Bakı. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli və əlvan metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən dağ-mədən şirkəti olaraq, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində ardıcıl ekoloji tədbirlər həyata keçirməkdədir. QSC-dən Trend-ə verilən məlumata görə, bu tədbirlərin davamı olaraq, Cəmiyyət "Regional İnkişaf" İctimai Birliyi və İDEA İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində ətraf mühitin mühafizəsi istiqamətində yeni yaşıllaşdırma layihəsinin icrasına başlayır. Layihə çərçivəsində Balakən rayonunda yerləşən meşə ərazisindən 500 kq-dan çox palıd qozası tədarük edilib. Palıd qozalarından ayrılan 100 mindən çox toxum Çovdar Filiz Emalı sahəsində tingliyin salınması üçün istifadə olunacaq. Hal-hazırda 20 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib və əkim prosesi davam etdirilir. Layihənin məqsədi yaşıllaşdırma işlərinin həyata keçirilməsi ilə ətraf mühtin mühafizəsi, həmçinin mədən ərazilərində hasilat zamanı təbiətə potensial mənfi təsirlərin qarşısının alınmasıdır.