Sabiq erməni deputatı Rusiyada həbs etdilər


Dünya 22 Noy 2019 15:54:00 321 0

Sabiq erməni deputatı Rusiyada həbs etdilər

Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyanın adı gömrük xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın evinə təşkil olunan basqında hallanır. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Ermənistan polisi rusiyalı həmkarları ilə birgə sabiq deputatı Rusiyanın Zelenoqradsk şəhərində saxlayıblar.

O, uzun illər hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. Levon Sarkisyan Ermənistan Cinayət Məcəlləsinin soyğunçuluq, ağır bədən xəsarətləri və mütəşəkkil dəstə yaradaraq, cinayət işlərində təmsil olunma maddələri ilə ittiham edilir.