Nazir müavini: "Sosial şəbəkələrdə yanlış informasiya yayanların əksəriyyəti..."


Digərləri 22 Noy 2019 15:37:00 285 0

Nazir müavini: "Sosial şəbəkələrdə yanlış informasiya yayanların əksəriyyəti..."

"Aqrobağların salınması ilə bağlı görülən işlərə kölgə salmaq məqsədi ilə sosial şəbəkələrdə düzgün olmayan informasiyalar yayılır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə belə məlumatlar yazanların bir qismi vaxtilə meşə müəssisələrində işləmiş, amma sonradan işdən çıxarılan şəxslərdir: "Bu məlumatlar onların təxəyyülünün məhsuludur. Ömründə bir ağac belə əkməyən bu şəxslər özlərini təbiət cəfakeşi kimi təqdim etmək istəyirlər, amma hər kəs onları yaxşı tanıyır. Nazirlik olaraq, şikayəti olan hər kəsi dinləməyə hazırıq".