"Azərenerji" elektrik stansiyalarında qışa hazırlıqla bağlı əks-qəza məşqi keçirib


Digərləri 22 Noy 2019 15:06:00 258 0

"Azərenerji" elektrik stansiyalarında qışa hazırlıqla bağlı əks-qəza məşqi keçirib

2019-2020-ci il payız-qış mövsümünə hazırlıqla bağlı Azərenerji” ASC-nin müəssisələri üzrə ayrı-ayrılıqda görüləcək konkret işləri müəyyənləşdirilərərək bütün zəruri tədbirlər görülüb.

Bakı. Samir Əli - 2019-2020-ci il payız-qış mövsümünə hazırlıqla bağlı Azərenerji” ASC-nin müəssisələri üzrə ayrı-ayrılıqda görüləcək konkret işləri müəyyənləşdirilərərək bütün zəruri tədbirlər görülüb. Bu barədə Trend-ə "Azərenerji" ASC-dən məlumat verilib. Məlumatda bildirilir ki, bu məqsədlə noyabrın 14-də payız-qış mövsümünə hazırlıq işlərinin tərkib hissəsi kimi elektrik stansiyaları və yarımstansiyaların əməliyyat heyəti cəlb edilməklə əks-qəza məşqi keçirilib: "Enerji müəssisələrinin əməliyyat heyəti şərti qəzanın aradan qaldırılmasına normativ vaxt çərçivəsində nail olub. Əks-qəza məşqlərinin nəticələri təhlil olunarkən uğurlarla yanaşı, buraxılan səhvlər də diqqətdən kənarda qalmayıb, onların aradan qaldırılması üçün tapşırıqlar verilib. Ümumulikdə sistem üzrə əks-qəza məşqi, əməliyyat heyətlərinin hərəkətləri qənaətbəxş hesab olunub.