Havada qara tüstüyə bürünən təyyarə təcili eniş etdi


Digərləri 22 Noy 2019 14:59:00 343 0

Havada qara tüstüyə bürünən təyyarə təcili eniş etdi

Los-Anceles Beynəlxalq Hava Limanında Filippin Hava Yollarına aid təyyarə uçuşdan qısa müddət sonra mühərriklərindən birində yaranan nasazlıqla əlaqədar geri qayıtmalı olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hadisə ilə bağlı yayılan kadrlardan birində görünür ki, təyyarə qara tüstüyə bürünmüş halda enişə hazırlaşır.

Digər video isə sərnişinlərdən biri tərəfindən çəkilib. İllüminatordan qeydə alınan görüntülərdə mühərriklərdən birinin alov püskürdüyü görünür.