Suriya böhranı üzrə Astana formatının növbəti görüşünün tarixi açıqlanıb


Dünya 22 Noy 2019 13:30:41 335 0

Suriya böhranı üzrə Astana formatının növbəti görüşünün tarixi açıqlanıb

Suriyaya dair Astana formatının növbəti görüşü bu il dekabrın 10-11-də Nur-Sultan şəhərində keçiriləcək.

© РИА Новости

Suriyaya dair Astana formatının növbəti görüşü bu ildekabrın 10-11-də Nur-Sultan şəhərində keçiriləcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi jurnalistlərə bildirib.

Nazir danışıqların gündəminə dair təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, Astana formatı Türkiyə, İran, Rusiyanın iştirakı ilə Suriya böhranının sülh yolu ilə həllinə dair danışıqlar formatıdır.