Yağıntılı hava şəraiti sabah gündüzədək davam edəcək


Digərləri 22 Noy 2019 13:00:00 274 0

Yağıntılı hava şəraiti sabah gündüzədək davam edəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə və gündüz 2-6, Bakıda gecə və gündüz 3-5 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq. (adsgarden = window.adsgarden || []).push({}); Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza görə, noyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin