Kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalması ilə bağlı iki hal müşahidə olunub - Komitə sədri


Digərləri 22 Noy 2019 12:11:00 228 0

Kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalması ilə bağlı iki hal müşahidə olunub - Komitə sədri

Fəaliyyətimiz dövründə kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalması ilə bağlı iki hal müşahidə olunub.

Bakı. Elçin Mehdiyev - Fəaliyyətimiz dövründə kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalması ilə bağlı iki hal müşahidə olunub. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib. H.Hüseynova qeyd edib ki, 14 ildə cəmi iki dəfə belə müraciət olub: “Bir 85 yaşlı kişi gəlmişdi ki, məni arvadımdan xilas edin. Arvadının da 82 yaşı var idi. Biz psixoloqları cəlb etdik, məlum oldu ki, həmin yaşlı insanda "Alzheimer" xəstəliyinin halları ortaya çıxıb. Sonradan həm kişinin övladları gəldi, üzr istəyib apardılar. İkinci hal isə o idi ki, biz təcridxanada olanda qadınların sırasında mən bir ağbirçək qadını gördüm. Yaxınlaşdım ki, bu qadın niyə bura düşüb. Dedilər ki, bu qadın öz həyat yoldaşnın başın kəsib. Onu danışdırdıq, dedi ki, yoldaşı içir, narkotik qəbul edir, ailəsinə qarşı çirkin hərəkətlər edirmiş. Qadın da dözə bilməyib yoldaşı yatdığı zaman bu cinayəti tötərmişdi. Əlbəttə ki, cinayət işi açılıb, qadın tutulub”. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin