Komitə sədri: "Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır"


Digərləri 22 Noy 2019 12:04:00 318 0

Komitə sədri: "Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır"

Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır. Biz zorakılıq hallarına çox ciddi yanaşırıq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

H.Hüseynova bildirib ki, zorakılıq halları insanların qanunlara hörmətlə yanaşmamasından irəli gəlir: "Zorakılıq hallarına erkən nikah, təhsildən yayınma kimi hallar da daxildir. Bir insan öz uşağına qarşı niyə belə münasibət göstərir? Bu, onu göstərir ki, həmin insanlar qanunlara hörmətlə yanaşmır. Qanunda yazılır ki, 18 yaşına qədər nikaha daxil olmaq, təhsildən yayınmaq olmaz. Lakin insanlar bu qanunlara hörmətlə yanaşmırlar. Ona görə də belə insanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər görülməlidir. Biz monitorinq qrupları yaratmışıq. O qruplara müxtəlif qurumların nümayəndələri daxildir. Güclü profilaktik işləri aparmaqla bu halların qarşısını almaq mümkündür".