Bakıda iki "Mercedes" toqquşdu, ölənlər və yaralananlar var


Digərləri 22 Noy 2019 09:43:19 271 0

Bakıda iki "Mercedes" toqquşdu, ölənlər və yaralananlar var

Bakıda ağır yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1995-ci iltəvəllüdlü Kazımov Mirismayıl Davud oğlu idarə etdiyi "Mercedes" markalı 90 US 409 dövlət nömrə nişanlı avtomobillə qarşı yola çıxaraq həmin yolla hərəkətdə olan 1960-cı il təvəllüdlü Abdullayev İsmayıl Aliqulu oğlunun idarə etdiyi "Mercedes" markalı 10 ZD 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "Mercedes"də olan sərnişinlər - 1958-ci il təvəllüdlü Məmmədova Kifayət Paşa qızı və 1984-cü il təvəllüdlü Abbasov Surxay Uğurlu oğlu hadisə yerində ölüb, hər iki sürücü isə xəstəxanaya yerləşdirilib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin